Aİ Rusiya ilə danışıqlarına HAZIRLAŞIR
Avropa İttifaqı Rusiya ilə danışıqlar aparmaq üçün yüksək vəzifəli rəsmilərdən ibarət nümayəndə heyəti hazırlayır.
Redaktor.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Nəşrin məlumatına görə, Avropa Komissiyası və Avropa Şurası noyabrın əvvəlində Əbu-Dabidə keçirilməsi gözlənilən növbəti danışıqlar raundunda iştirak edəcək birgə komanda formalaşdırır.
Nümayəndə heyətinə rəhbərlik etmək üçün əsas namizəd kimi Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin aparat rəhbəri Byorn Seybert göstərilir.
Avropa Komissiyasının nümayəndəsi bildirib ki, qurumun məqsədi yalnız müharibəyə son qoymaq deyil, həm də ədalətli və davamlı sülhə nail olmaqdır. Onun sözlərinə görə, Aİ davam edən danışıqlarda bu mövqeyi müdafiə edir
Aytəkin TOFİQQIZI












