Ermənistan parlamentinin deputatlarının Rusiyaya girişi qadağan edilib

 18:19 28.10.2026     62

“Ermənistan parlamentinin bəzi deputatlarının Rusiyaya girişinin qadağan edilməsi məlum deyil”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı və parlament sədrinin müavini Vaaqn Aleksanyan jurnalistlərə deyib.

“Ən azı, nə baş verdiyini anlamaq üçün əlavə və ətraflı müzakirəyə ehtiyac var”, - o əlavə edib.

Aleksanyan rusiyalı həmkarı ilə danışmağa vaxtının olmadığını da bildirib: “Əlbəttə, nə vaxtsa görüşəcəyik”.

Vumart və Güvən reklamı Vumart Güvən