Üçillik dünya turuna çıxan kruiz gəmisi səyahətini niyə DAYANDIRDI?

 18:46 28.10.2026     73

Üçillik dünya səyahətinə çıxmış "Odyssey" kruiz layneri yanacaq xərclərinin kəskin artması səbəbindən Kambocada hərəkətini dayandırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Gəmidən daimi yaşayış yeri kimi istifadə edən bir çox insan da daxil olmaqla, təqribən 200 sərnişin sahilə enmək məcburiyyətində qalıb.

Nəşr qeyd edir ki, "Villa Vie Residences" şirkətinindən verilən məlumata görə, İrandakı müharibə fonunda Asiyanın bəzi bölgələrində bir kayut üçün aylıq yanacaq xərci 1 800 dollardan 6-8 min dollara qədər yüksəlib. Şirkət dayanacaq vaxtlarını uzadaraq və marşrutu yavaşladaraq qənaət etməyə çalışsa da, bu tədbirlər xərcləri ödəməyə kifayət etməyib. Bütün artan xərclərin sərnişinlərin üzərinə atılması isə qeyri-real hesab edilib.

Oktyabrın 23-də limana yan alan gəminin Vyetnama yola düşməsi planlaşdırılsa da, layner Kambocada qalıb. Heyətin gələcək fəaliyyəti barədə hələlik heç bir məlumat verilmir.

Vumart və Güvən reklamı Vumart Güvən