İspaniyadakı dəhşətli qəzaya görə 24 futbol matçı təxirə salındı
İspaniyada baş verən dəmir yolu qəzası səbəbindən Kral Kubokunun 24 oyunu təxirə salınıb.
Redaktor.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası qərar qəbul edib.
Toledo əyalətində iki sürətli qatarın toqquşması nəticəsində azı 39 nəfər həlak olub, yüzlərlə insan yaralanıb. Xilasetmə əməliyyatı davam etdiyindən ölənlərin sayının artacağı istisna edilmir.
Faciədən sonra İspaniya Kral Futbol Federasiyası həlak olanların yaxınlarına başsağlığı verib və bu gün keçirilməsi planlaşdırılan Kral Kubokunun 24 matçını təxirə salıb.
Təxirə salınan görüşlər arasında “Betis”, “Valensiya” və “Selta” komandalarının oyunları da var.












