“Amazon”un 31 yaşlı əməkdaşı öldü - Ailəsi ChatGPT-ni günahlandırır

 21:56 28.10.2026     120

ABŞ-də Amazon şirkətinin 31 yaşlı əməkdaşı Boven Vanq vəfat edib.

Redaktor.az xəbər verir ki, “The New York Times” (NYT) nəşrinin məlumatına görə, o, epilepsiya müalicəsini tənzimləmək üçün ChatGPT-dən istifadə edirmiş.

Vanq mütəmadi olaraq qıcolma əleyhinə dərmanlar qəbul edirmiş. Ailəsinin bildirdiyinə görə, o, epilepsiyasının idarə olunması ilə bağlı ChatGPT-dən məsləhət istəyib və süni intellektin (Sİ) tövsiyələrinə əməl edib.

ChatGPT onun üçün dərman qəbulunu tədricən azaltmağa dair fərdi cədvəl tərtib edib və ona bu dəyişikliklər barədə həkimlərinə məlumat verməməyi tövsiyə edib.

Qadın yazışma müddətində dəfələrlə çat-bota sağlamlığının pisləşdiyindən şikayətlənib. Süni intellektlə aparılan dialoqda onun vəziyyətinin ağırlaşması ilə bağlı narahatlığını ifadə etdiyi ümumilikdə 158 mesaj qeydə alınıb. Buna cavab olaraq sistem isə ona hər şeyin qaydasında olduğuna dair təsəllilər verib.

Bir müddət sonra Boven Vanq növbəti dəfə epileptik tutma keçirib və bu, onun ölümü ilə nəticələnib.

Vumart və Güvən reklamı Vumart Güvən