Avropanın Rusiyaya təzyiqi dağıdıcıdır - Kreml

 22:59 28.10.2026     107

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa ölkələrinin Rusiyaya təzyiqin davam etdirilməsinin zəruriliyi ilə bağlı mövqeyini dağıdıcı adlandırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə “Birinci kanal”a müsahibəsində danışıb.

Peskov bildirib ki, Avropa paytaxtlarından Rusiyaya təzyiqin davam etdirilməsinin zəruriliyi ilə bağlı səsləndirilən bəyanatlar müsbət nəticə verməyəcək.

“Dünən və bu gün Avropa paytaxtlarından Rusiyaya təzyiqin davam etdirilməsinin zəruriliyi barədə bəyanatlar eşidirik. Bu, tamamilə dağıdıcı mövqedir”, – Kremlin sözçüsü qeyd edib.

Xatırladaq ki, Peskov daha əvvəl Rusiyanın Avropadakı iğtişaşlarda əli olması ilə bağlı ittihamları “cəfəngiyyat” adlandırıb. Onun sözlərinə görə, Avropa İttifaqında belə bu ittihamlara ciddi yanaşmırlar.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən