"Zelenski Avropadan daha çox maliyyə yardımı almaq üçün təzyiq göstərir"

 23:57 28.10.2026     68

Ukrayna Prezidenti Volodimir Zelenski yeni maliyyə yardımı əldə etmək məqsədilə Avropa İttifaqını hədələməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Çey Bouz “X” sosial şəbəkəsində paylaşım edib.

“Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, o, indi pul almaq üçün Avropanı hədələyir”, – jurnalist yazıb.

Bouzun sözlərinə görə, Ukrayna lideri bir həftə əvvəl tərəfdaşlarından 70 milyard avro ayrılmasını tələb edib. İndi isə daha böyük məbləğdə maliyyə yardımı əldə etməyə çalışır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən