"Biz onun adını Tramp boğazı qoyacağıq" - Hörmüzə öz adını təklif etdi

 08:38 29.10.2026     157

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının öz şərəfinə adlandırılmasını təklif edib.

Redaktor.az-ın xarici mediaya istinadla məlumatına görə, Ağ Ev sahibi bunu Ohayo ştatında respublikaçı tərəfdarları qarşısında çıxış edərkən deyib.

“Düşünürəm ki, biz onun adını Tramp boğazı qoyacağıq. Meksika körfəzinin adını Amerika körfəzi ilə əvəz etdik, Ontario gölünün adını isə Amerika gölü qoyduq. Düşünürəm ki, nə vaxtsa Hörmüz boğazını Tramp boğazı adlandıracağıq. Bizim körfəzimiz var, gölümüz var, indi boğazımız da ola bilər. Elə düşünürsünüz ki, zarafat edirəm? Meksika körfəzinin adını Amerika körfəzi ilə dəyişəcəyimi deyəndə hamı zarafat etdiyimi düşünürdü. Amma mən bunun həqiqətən baş verəcəyini demişdim”, – deyə Tramp bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən