KXDR Yapon dənizi istiqamətində 10-a yaxın raket buraxıb - Cənubi Koreya

 09:47 29.10.2026     94

Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, Şimali Koreya Yapon dənizi istiqamətində təxminən 10 ədəd qısa mənzilli ballistik raket buraxıb.

Redaktor.az xəbər verir ki, “Yonhap” agentliyinin məlumatına əsasən, raketlər yerli vaxtla saat 12:30 radələrində Şimali Koreyanın Vonsan bölgəsindən buraxılıb.

Cənubi Koreya hərbçiləri hazırda raketlərin uçuş məsafəsini və digər xüsusiyyətlərini təhlil edirlər. Həmçinin mümkün əlavə buraxılışlarla bağlı müşahidələr gücləndirilib. Cənubi Koreya tərəfi ABŞ və Yaponiya ilə məlumat mübadiləsinin davam etdiyini və müdafiə hazırlığının yüksək səviyyədə saxlanıldığını bildirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən