İsrail seçkilərinin yekun nəticələri açıqlandı - YENİLƏNİB
İsraildə parlament seçkilərində səslərin 97,3%-i hesablanıb, lakin heç bir siyasi blok Knessetdə çoxluq qazana bilməyib.
Redaktor.az xəbər verir ki, ilkin nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi blok Knessetdə 53, müxalifət bloku isə 48 mandat əldə edir.
Parlamentdə çoxluq formalaşdırmaq üçün ən azı 61 mandat tələb olunur.
Qalan bülletenlərin, o cümlədən hərbçilərin və diplomatların səslərinin hesablanmasından sonra yekun mandat bölgüsünün dəyişə biləcəyi bildirilir.
***
İsraildə keçirilən parlament seçkilərindən sonra səslərin 91,1 faizi hesablanıb.
Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
İlkin nəticələrə əsasən, Benyamin Netanyahunun bloku 53, Qadi Ayzenkotun bloku 48, ərəb partiyaları isə 19 mandat əldə edib.













