Qazaxıstan-Türkiyə münasibətləri əbədi dostluq səviyyəsinə çatıb - Tokayev

 10:13 29.10.2026     132

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüş zamanı Tokayev iki ölkə arasındakı münasibətlərin əbədi dostluq səviyyəsinə çatdığını bildirib.

Redaktor.az xəbər verir ki, Qazaxıstan liderinin sözlərini onun mətbuat xidməti yayıb.

“Türkiyənin beynəlxalq arenadakı mövqeləri ildən-ilə möhkəmlənir. Siz dünyanın ən nüfuzlu liderlərindən biri kimi tanınırsınız”, – deyə Tokayev qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstan və Türkiyə arasında münasibətlər əbədi dostluq və genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən