15 il ərzində insanları öldürən adamyeyən SAXLANILDI
Uqandada ölkə tarixinin ən qəddar seriyalı qatili adlandırılan Moses Midjurizi saxlanılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Daily Monitor” nəşri məlumat yayıb.
Polisin məlumatına görə, Midjurizi 15 il ərzində insanları öldürüb və onların bədən üzvlərini yeyib. O, ən azı 38 nəfərin ölümündə ittiham olunur.
Məlumata əsasən, pala ilə silahlanan kişi tez-tez bütöv ailələrə hücum edib. O, evlərə daxil olmaq üçün silahla divarları yarıb. Midjurizi qadınları isə tez-tez onlarla münasibət qurmaq istədiyini deyərək aldadıb.
Kişi indiyədək dörd dəfə saxlanılıb, lakin ya həbsdən qaçıb, ya da rüşvət verərək azadlığa çıxıb. İlk həbsi zamanı 17 cinayət törətdiyini etiraf etsə də, həbsxanaya düz bağırsağında gizlətdiyi pulları keçirərək nəzarətçiyə rüşvət verib və azadlığa çıxmağı bacarıb.
Aytəkin TOFİQQIZI













