Trampdan İrana kəskin xəbərdarlıq: "Bu məsələni tezliklə bağlayacağıq"
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi zərbələrin endirilə biləcəyi barədə yayılan xəbərlər fonunda məsələnin tezliklə həll olunacağını bəyan edib.
Redaktor.az xəbər verir ki, Tramp Ohayo ştatında tərəfdarları qarşısında keçirilən mitinqdə çıxış edərkən Vaşinqton və Tehran arasında gərginləşən vəziyyətə toxunub:
"Biz bu məsələni tezliklə bağlayacağıq".
Bundan əvvəl ABŞ mediasında yer alan məlumatlarda Amerika və İsrailin İrana qarşı yeni bir hərbi əməliyyat ssenarisi üzərində işlədiyi iddia olunurdu. Qeyd edilirdi ki, diplomatik danışıqlar nəticə verməzsə, hərbi plan noyabr ayında ABŞ-də keçiriləcək aralıq seçkilərdən dərhal sonra işə salına bilər.
Tramp da daha əvvəl verdiyi bəyanatlarda diplomatik razılaşma əldə olunmayacağı təqdirdə İrana qarşı hərbi variantın masada olduğunu istisna etməmişdi.
Aminə ŞAHSUVARQIZI













