Soyuqdəymə və qripdən qorunmaq üçün necə qidalanmaq lazımdır? - Dietoloq AÇIQLADI
Payız və qış aylarında soyuqdəymə və qripdən qorunmaq üçün düzgün qidalanmaq, zülalla zəngin qidalar qəbul etmək vacibdir.
Redaktor.az xəbər verir ki, dietoloq Polin Koks bu mövsümlərdə immun sistemini dəstəkləyən qidalanma qaydalarını "Daily Mirror"a açıqlamasında deyib.
Dietoloq bildirib ki, viruslardan qoruyan və ya onları müalicə edən xüsusi qida yoxdur. Onun sözlərinə görə, xəstəliklərdən qorunmaq üçün müxtəlif və faydalı qidalarla zəngin menyuya üstünlük vermək lazımdır.
Koks immun sisteminin fəaliyyətini dəstəkləmək üçün yağlı balıq, yumurta, ət, süd məhsulları və paxlalı bitkilərin müntəzəm qəbulunu tövsiyə edib. O, həmçinin orqanizmin kifayət qədər zülal almasının vacibliyini vurğulayıb.
Mütəxəssis D vitamini və sinklə zəngin qidaların da gündəlik qidalanmaya daxil edilməsini məsləhət görüb.
Aytəkin TOFİQQIZI













