Fransa XİN rəhbəri Orbanın BMT baş katibi olmasına sərt etiraz ETDİ

 16:29 29.10.2026     63

Fransanın xarici işlər naziri Jan-Noel Barro Macarıstanın keçmiş baş naziri Viktor Orbanın BMT-nin baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi ehtimalını kəskin şəkildə rədd edib.

Redaktor.az xəbər verir ki, Barro bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəsmi saytında yayımlanan açıqlamasında bildirib.

Fransalı nazir vurğulayıb ki, BMT baş katibi vəzifəsi seçkilərdə məğlub olan və öz xalqı tərəfindən hakimiyyətdən uzaqlaşdırılan liderə təsəlli mükafatı deyil.

Barro, həmçinin Birləşmiş Millətlər Təşkilatının böyük dövlətlər tərəfindən zəiflədilməsi və fəaliyyətinin iflic vəziyyətinə salınması ehtimalını qəbuledilməz hesab etdiyini bildirib. Onun sözlərinə görə, bəzi güclər öz maraqlarını həyata keçirmək üçün radikal və kənar qrupların fəaliyyətinə arxalanaraq güclünün qanununu tətbiq etməyə çalışırlar.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən