İki yeniyetmə partlayıcı əşyanın partlaması nəticəsində xəsarət ALDI

 16:40 29.10.2026     61

Donetsk şəhərinin Petrovski rayonunda iki yeniyetmə partlayıcı əşyanın üzərində partlaması nəticəsində xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə şəhərin meri Aleksey Kulemzin “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, hadisə zamanı 2009-cu il təvəllüdlü iki yeniyetmə xəsarət alıb. Zərərçəkənlər tibbi müəssisəyə çatdırılıblar.

Qeyd edək ki, oktyabrın 27-də Donetskin Leninski rayonunda pilotsuz uçuş aparatlarının hücumları nəticəsində azı 30 yük maşınının yandığı bildirilmişdi. Şəhərin Kuybışevski rayonunda isə tibb müəssisəsinin korpuslarından birinə birbaşa zərbə endirilməsi nəticəsində kompüter tomoqrafı zədələnmişdi.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən