Kapadokiyada “Pəri bacası” uçdu - Ölən və xəsarət alanlar var

 19:23 29.10.2026     132

Nevşəhərin Kapadokiya bölgəsində yerləşən Göreme Açıq Hava Muzeyinin girişində bir “Pəri bacası” (qaya formasiyası) uçub.

Redaktor.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, uçqun nəticəsində iki nəfər həyatını itirib, beş nəfər isə xəsarət alıb.

Hadisədən sonra əraziyə tibb və axtarış-xilasetmə qrupları göndərilib.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb və müalicələri davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən