Albaniya parlamentində tüstü bombalı xaos: Müxalifət Baş nazirin istefasını tələb edir
Albaniya parlamentinin növbəti iclası müxalifətçi deputatların aksiyası səbəbindən alovlanıb. Müxalifət nümayəndələri zalda tüstü bombaları yandıraraq, triubunaları bloklayıb və polislə toqquşmalarda yaralandığı iddia edilən etirazçıların fotolarını nümayiş etdiriblər.
Redaktor.az "Euronews"a istinadən xəbər verir ki, iğtişaşlar Demokrat Partiyasının üzvləri tərəfindən təşkil olunub.
Deputatlar polisləri Baş nazir Edi Ramanın istefası tələbi ilə küçələrə çıxan nümayişçilərə və tələbələrə qarşı həddindən artıq güc tətbiq etməkdə ittiham ediblər. Mərkəzi bank haqqında qanun layihəsinin səsverməsi zamanı baş verən insident zamanı stullar aşırılıb, mikrofonlar qopardılıb və spiker Niko Pelesiyə müxtəlif əşyalar atılıb.
Zalda yaranan xaosa və təhlükəsizlik xidmətinin müdaxiləsinə baxmayaraq, hakim Sosialist Partiyasının deputatları səsvermə prosesini dayandırmayıblar. Qaydaları kəskin şəkildə pozan dörd müxalifətçi deputat palatadakı iclasdan xaric edilib.
Qeyd edək ki, analoji insident oktyabrın 22-də də qeydə alınmışdı. Müxalifət ölkə miqyasında Baş nazir Edi Ramanın istefası tələbi ilə kütləvi aksiyaları davam etdirməkdə kararlıdır.
Xədicə BAXIŞLI













