Rusiyanın Dnepr dəmir yolu stansiyasına endirdiyi zərbələr nəticəsində 14 nəfər həlak olub

 21:14 29.10.2026     70

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərindəki dəmir yolu stansiyasına və bir neçə yaşayış məntəqəsinə endirdiyi hava zərbələri kütləvi insan tələfatına və dağıntılara səbəb olub.

Redaktor.az xəbər verir ki, bu səhər Dneprovski dəmir yolu stansiyasına dron hücumu nəticəsində 14 nəfər həlak olub, 13 nəfər yaralanıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yaralılardan dördünün vəziyyəti ağırdır. Zərbə birbaşa "Dnepr-Zaporojye" qatarının dayandığı platformaya vurulub.  

Ukraynanın digər şəhərləri də kütləvi hücumlara məruz qalıb:

Çerniqov: Şəhərə endirilən raket zərbəsi nəticəsində iki 15 yaşlı qız həlak olub, 15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Çoxsaylı yaşayış binalarına, mağazalara və mülki avtomobillərə ciddi ziyan dəyib.

Kremençuk: Dronun yaşayış binasına çırpılması iki nəfərin ölümünə, 11 nəfərin yaralanmasına səbəb olub.

Zaporojye vilayəti: Bölgəyə edilən hücumlar zamanı daha bir nəfər həlak olub, üç nəfər yaralanıb.  

Öz növbəsində Rusiya Müdafiə Nazirliyi gecə ərzində ölkənin müxtəlif vilayətləri üzərində 1200-dən çox PUA-nın vurulduğunu, bunlardan 613-nün birbaşa Moskva istiqamətində zərərsizləşdirildiyini bəyan edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən