Putin Zelenskidən zəng gözləyir
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığına hazırdır, lakin Ukrayna lideri hələ ona zəng etməyib.
Redaktor.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalist Aleksandr Yunaşevin sualını cavablandırarkən bildirib.
Ukrayna liderinin danışıqlar üçün Moskvaya dəvət edilməsi məsələsi xatırladılan zaman Peskovdan Zelenskinin Putinə zəng edəcəyi təqdirdə nə baş verəcəyi soruşulub.
Peskov gülümsəyərək “Hələ heç kim zəng etməyib” cavabını verib.
O, həmçinin Putinin Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mertslə telefon danışığına hazır olduğunu bildirib. Kremlin sözçüsü Rusiya liderinin hər kəslə dialoqa açıq olduğunu vurğulayıb.
Aytəkin TOFİQQIZI













