ABŞ Rusiya-Serbiya neft şirkəti üçün sanksiyaları UZATDI

 22:07 30.10.2026     135

ABŞ Maliyyə Nazirliyi sanksiyalar altında olan Rusiya-Serbiya neft şirkəti NIS-ə yeni fəaliyyət lisenziyası verib.

Redaktor.az xəbər verir ki, bu barədə Serbiya Radio və Televiziyası məlumat yayıb.

Bildirilib ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) NIS-in fəaliyyətinə icazəni dekabrın 11-dək uzadıb.

Şirkətin əvvəlki lisenziyasının müddəti oktyabrın 31-də başa çatırdı.

Bununla yanaşı, NIS-in “Qazprom Neft”ə məxsus 56,15 faizlik nəzarət səhm paketinin satışı ilə bağlı danışıqlar davam edir. Şirkətin potensial yeni sahibi kimi Macarıstanın MOL neft-qaz şirkəti nəzərdən keçirilir.

Regionun ən böyük enerji şirkətlərindən biri olan NIS ətrafında vəziyyət ABŞ-nin Rusiya-Serbiya müəssisəsinə qarşı sanksiyalar tətbiq etməsindən sonra gərginləşib. Sentyabrın sonunda şirkət OFAC-a əməliyyat fəaliyyətini davam etdirmək üçün lisenziyanın müddətinin uzadılması ilə bağlı rəsmi müraciət edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən