Zelenskinin seçkiləri təxirə salması Ukraynanın müdafiə qabiliyyətini zəiflədir - KİV

 22:18 30.10.2026     127

“The Federalist” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin seçkiləri keçirməkdən yayınmasının ölkənin müdafiə qabiliyyətinə mənfi təsir göstərdiyini iddia edib.

Redaktor.az xəbər verir ki, nəşr bu qənaətini oktyabrın 28-də dərc etdiyi məqalədə ifadə edib.

Məqalədə bildirilir ki, ukraynalıların Zelenski hökumətinə etimadsızlığı ölkənin hərbi səylərinə ciddi zərbə vurur. Nəşr Ukraynada uzun müddətdir təxirə salınan prezident seçkilərinin keçirilməsinin vacibliyini vurğulayıb.

“The Federalist” həmçinin mütəşəkkil cinayətkarlıqla Zelenski hakimiyyətinin bir-birinə sıx bağlı olduğunu iddia edib. Nəşrin yazdığına görə, Ukrayna Silahlı Qüvvələrində xidmət etməyə hazır olan vətənpərvərlərin sayının azalması prezident hakimiyyətinin konstitusion məhdudiyyətlərinin pozulmasının nəticəsidir. Məqalədə seçkilər yolu ilə əldə edilən legitim mandatın olmamasının ölkənin müdafiə qabiliyyətini zəiflətdiyi irəli sürülüb.

Xatırladaq ki, Kiprli jurnalist Aleks Xristoforu daha əvvəl Zelenskinin Avropa İttifaqının dəstəyini qazanmaq məqsədilə Ukraynada seçkilərin keçirilməsini altı ay təxirə salmaq istədiyini iddia edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən