Merts Putinlə telefon danışığı aparacaq? - Nazirdən AÇIQLAMA

 22:54 30.10.2026     121

Almaniyanın xarici işlər naziri Yohann Vadeful kansler Fridrix Mertsin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırıb-planlaşdırmadığı barədə suala cavab verməkdən yayınıb.

Redaktor.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, agentliyin müxbiri müvafiq sualı ünvanladıqda nazir susmağa üstünlük verib.

Xatırladaq ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov daha əvvəl Putinin həm Fransa Prezidenti Emmanuel Makron, həm də Almaniya kansleri Fridrix Merts ilə telefon danışığına hazır olduğunu açıqlayıb. O, Rusiya liderinin hər kəslə dialoqa açıq olduğunu vurğulayıb.

Oktyabrın əvvəlində Merts Ukrayna ilə bağlı bir sıra şərtlərin yerinə yetirilməsi halında Putinlə sülh danışıqlarına hazır olduğunu bildirib. Kansler, xüsusilə, Ukraynanın qışa hazırlıq gördüyü dövrdə infrastruktur obyektlərinə hücumların dayandırılmasını tələb edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən