ABŞ Ukraynaya “Patriot” raketlərinin satışını TƏSDİQLƏDİ

 23:52 30.10.2026     121

ABŞ Dövlət Departamenti Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün 500 raket və müvafiq avadanlığın 2,1 milyard dollara satışını təsdiqləyib.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun yaydığı rəsmi məlumatda bildirilib.

Söhbət “Patriot Advanced Capability” sisteminin “Missile Segment Enhancement” modifikasiyasına aid raketlərdən gedir. Dövlət Departamentinin açıqlamasında mümkün satışın ümumi dəyərinin 2,1 milyard dollar olduğu qeyd edilib.

Bildirilib ki, sövdələşmə tamamilə Ukraynanın tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdiriləcək. Bundan əlavə, Kiyev raketlər üçün bir sıra ehtiyat hissələri, o cümlədən məxfi saxlanılan detallar da sifariş edib.

Xatırladaq ki, NATO-nun yüksək rütbəli hərbi rəsmisi, general Aleksus Qrinkeviç daha əvvəl Ukraynaya “Patriot” raketlərinin tədarükünün davam etdiyini açıqlayıb. O, növbəti partiyanın ötən həftə çatdırıldığını bildirib, lakin raketlərin sayı və növləri barədə məlumat verməyib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən