Polşa Dövlət Tribunalının üzvü ölkədə dövlət çevrilişi baş verdiyini AÇIQLADI

 08:42 31.10.2026     130

Polşa Prezidenti Karol Navrotski ölkənin Konstitusiya Məhkəməsində yaranmış vəziyyətin həlli məqsədilə bütün siyasi qüvvələrin iştirakı ilə təcili müşavirə çağırıb.

Redaktor.az xəbər verir ki, bununla yanaşı, Polşa prezidentinin konstitusiya böhranı fonunda gəldiyi məhkəmə binasını hələ tərk etmədiyi bildirilir.

***

Polşa Konstitusiya Məhkəməsinin qarşısında toqquşmalar davam edir.

Redaktor.az xəbər verir ki, əksəriyyəti sərxoş olan etirazçılar polis kordonunu keçməyə çalışırlar.

***

Polşa Dövlət Tribunalının üzvü Yatsek Mayxrovski ölkədə dövlət çevrilişinin baş verdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, Konstitusiya Məhkəməsinin binası qarşısında keçirilən mitinqdə çıxışı zamanı vətəndaşları baş verdiyini iddia etdiyi dövlət çevrilişinə qarşı çıxmağa çağırıb.

Qeyd edək ki, bundan əvvəl etirazçılar Polşa Konstitusiya Məhkəməsinin binasını mühasirəyə alıb, polis isə binanın ətrafında müdafiə mövqeyi tutub.

Polşa Prezidenti Karol Navrotski Seneqala səfəri zamanı baş verən hadisələrə görə təyyarənin geri dönməsi barədə göstəriş verərək Varşavaya qayıdıb.

Müxalifət lideri Yaroslav Kaçinski isə baş verənləri ölkədə davam edən dövlət çevrilişi prosesinin növbəti mərhələsi adlandırıb.

Vumart və Güvən reklamı Vumart Güvən