Rusiya bu ərazilərə zərbələr ENDİRDİ
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Kiyev və Xarkovdakı obyektlərə, həmçinin Odessa yaxınlığında quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə zərbələr endirildiyini bildirib.
Redaktor.az xəbər verir ki, nazirliyin açıqlamasında Kiyevdəki 6 saylı istilik-elektrik mərkəzinin vurulduğu qeyd olunub. Rusiya tərəfi həmin obyektin hərbi logistikanı təmin etdiyini iddia edib.
Nazirlik həmçinin Xarkovun “Proton” sənaye zonasındakı silah komponentləri istehsal edən sexlərin, eləcə də PUA-ların yığılması və saxlanılması üçün istifadə olunduğu bildirilən məkanların hədəfə alındığını açıqlayıb.
Rusiya tərəfinin iddiasına görə, Odessadan 18 kilometr cənubda vurulan quru yük gəmisi Ukrayna Silahlı Qüvvələri üçün yüklər daşıyıb.













