Müctəba Xamenei İrana qarşı istənilən təhdidlərə dərhal cavab verilməsini əmr ETDİ
İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı ayətullah Seyid Müctəba Xamenei, coğrafi mövqeyindən asılı olmayaraq, düşmən tərəfindən gələn istənilən potensial təhdidlərə dərhal və effektiv cavab verilməsini tapşırıb.
Redaktor.az İran mediasına istinadən xəbər verir ki, bu barədə Xameneinin İslam Respublikası Silahlı Qüvvələrinin yüksəkrütbəli komandanları ilə görüşünün yekunlarına dair məlumatda bildirilib.
Xamenei hərbi kəşfiyyat sistemini gücləndirməyi, yerli müdafiə sənayesini həm doktrina, həm də taktiki ölçülərdə inkişaf etdirməyi, ən yeni texnologiyalar əsasında müasir müdafiə və güc imkanlarını artırmağı, eləcə də şəxsi heyətin döyüş ruhunu yüksəltməyi və onların maddi ehtiyaclarını təmin etməyi tapşırıb.
Bundan əlavə, ali baş komandan hədəflər siyahısının yenilənməsini əmr edib. Yenilənmiş siyahı ABŞ və İsrailin müxtəlif maddi və qeyri-maddi aktivlərini İran Silahlı Qüvvələrinin əlçatanlıq zonasında saxlamalıdır.













