Rusiya Qara dənizdə yük gəmisini VURDU
Rusiya Silahlı Qüvvələri Odessanın 37 kilometr cənubunda Ukraynaya məxsus yük gəmisinə zərbə endirib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Bu gün günortadan sonra Rusiya Silahlı Qüvvələri hərbi yük daşıyan dəniz gəmilərinə qarşı dron hücumlarını davam etdirib. Zərbə nəticəsində Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş yük daşıyan quru yük gəmisi Odessadan 37 km cənubda dənizi keçərkən vurulub", - deyə açıqlamada bildirilir.













