Suriya Məkkə Müdafiə Alyansına qoşula BİLƏR

 19:20 31.10.2026     120

Dəməşq Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistanın daxil olduğu Məkkə Müdafiə Alyansına qoşulmaq məsələsini nəzərdən keçirir.

Redaktor.az "Ynet"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Həsən əş-Şibani Bəhreyndə keçirilən "IISS Manama Dialogue" konfransında bildirib.

"Hazırda Suriyanın Məkkə Alyansına daxil olması imkanlarını qiymətləndirmək məqsədilə müzakirələr aparılır", - nazir deyib.

Onun sözlərinə görə, bu gün regionun heç bir ölkəsi öz təhlükəsizliyini müstəqil şəkildə təmin edə bilmir. Əş-Şibani Fars körfəzinin təhlükəsizliyinin Suriyanın təhlükəsizliyinin bir hissəsi olduğunu vurğulayaraq əlavə edib ki, Dəməşq transsərhəd silahlı qruplaşmalara qarşı mübarizədə körfəz ölkələrini dəstəkləyir.

 

Vumart və Güvən reklamı Vumart Güvən