ABŞ Rusiyaya təcili məlumat verdi - Terror ola bilər

 20:19 31.10.2026     137

ABŞ tərəfi Moskvada terror aktı hazırlığı ilə bağlı Rusiya xüsusi xidmət orqanlarına məlumat verib.

Redaktor.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

"ABŞ tərəfdən tərəfdaş kanalları vasitəsilə Moskvada terror aktı hazırlanması barədə məlumat daxil olub. Hazırda müvafiq tədbirlər görülür", - deyə FTX-dən bildirilib.

Oktyabrın 31-də ABŞ-nin Rusiyadakı səfirliyi diplomatik nümayəndəliyin həmin gün "Tsaritsıno" muzey-qoruğunda təhlükə ilə bağlı etibarlı məlumat aldığını açıqlayıb.

"ABŞ hökuməti cavab tədbirlərinin görülməsi üçün müvafiq Rusiya orqanları ilə fəaliyyətini əlaqələndirir", - deyə səfirliyin məlumatında qeyd olunub.

Bu arada RT telekanalına "Tsaritsıno" muzey-qoruğunda kütləvi insan tələfatı ilə nəticələnə biləcək hadisə təhlükəsi barədə yayılan məlumatın həqiqəti əks etdirmədiyi bildirilib.

Qeyd olunub ki, muzey-qoruq adi iş rejimində fəaliyyət göstərir. Bununla yanaşı, "Tsaritsıno"nun rəsmi saytı hazırda əlçatmazdır.

Vumart və Güvən reklamı Vumart Güvən