İstanbul Fond Birjasının baş direktoru SAXLANILDI

 22:48 31.10.2026     129

Türkiyədə kapital bazarlarında aparılan əməliyyatlarla bağlı genişmiqyaslı istintaq çərçivəsində İstanbul Fond Birjasının baş direktoru Korkmaz Enes Ergün hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Redaktor.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı araşdırmalara əsasən, Ergün “cinayət törətmək üçün yaradılmış təşkilata üzvlük” və “rüşvətxorluq” ittihamları ilə üz-üzədir.

İstintaq çərçivəsində onunla bağlı araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən