"Qalan hədəfləri 10 dəqiqəyə məhv edə bilərik" - Trampdan Tehrana sərt XƏBƏRDARLIQ

 09:16 01.11.2026     116

Trampdan Tehrana sərt xəbərdarlıq: "Qalan hədəfləri 10 dəqiqəyə məhv edə bilərik"

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı qalan hərbi və nüvə obyektlərinə qarşı yeni zərbələr endirmək planlarının olduğunu və bu əməliyyatın cəmi 10 dəqiqə ərzində həyata keçirilə biləcəyini bəyan edib.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat Ağ Ev administrasiyasının X sosial hesabında paylaşılıb.

"Biz onların nüvə obyektlərinin böyük hissəsini artıq sıradan çıxarmışıq. Hələ də həll edilməli olan bir və ya iki obyekt qalıb, lakin biz bunu cəmi 10 dəqiqəyə edə bilərik. Bunun üçün hazır planımız var", – deyə Tramp bildirib.

ABŞ lideri bu həftə İrana zərbələrin bərpa olunub-olunmayacağı ilə bağlı jurnalistin sualına kəskin reaksiya verib: "Niyə belə axmaq sual verirsiniz? Hətta hücum etmək niyyətində olsam belə, bu barədə sizə əvvəlcədən məlumat verərəm?"

"Axios" nəşrinin verdiyi məlumata görə, noyabrın 3-də keçiriləcək ABŞ Konqresinə aralıq seçkilərindən sonra Vaşinqtonun İrana qarşı hərbi əməliyyatları bərpa etmək ehtimalı yüksək qiymətləndirilir. Mənbələr qeyd edir ki, hazırda diplomatik anlaşma üçün son imkanlar dəyərləndirilir. Qətər tərəfi isə yeni hərbi eskalasiyanın və genişmiqyaslı müharibənin qarşısını almaq üçün səsvermə gününə qədər Vaşinqton və Tehran arasında vasitəçilik səylərini intensivləşdirib.  

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən