Bu ölkədə güclü zəlzələ OLDU

 17:54 01.11.2026     65

Tayvanın şimal-şərq sahili yaxınlığında 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi (CWA) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri dənizdə, İlan şəhərindən 39,4 km şərqdə yerləşib. Yeraltı təkanlar İlan və Hualyan rayonlarının bir neçə ərazisində daha güclü hiss olunub. Dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən