Bolqarıstanda prezident seçkilərində qələbə çaldı
Bolqarıstan Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunda səslərin hesablanmasının rəsmi nəticələrini açıqlayıb.
Redaktor.az xəbər verir ki, MSK-nın saytında dərc olunan məlumata görə, prezident və vitse-prezident vəzifələrinə namizədlər İliyana Yotova və Kiril Valçev seçicilərin səslərinin 57,636 faizini (1 milyon 77 mindən çox səs) toplayıblar.
Andrey Gyurov və Georgi Kandev isə 39,402 faiz (təxminən 736 min səs) qazanıblar.
Nəticələr yerli vaxtla saat 03:00-a olan məlumata əsasən, seçki komissiyalarının protokollarının 98,43 faizinin hesablanması əsasında açıqlanıb.
Səsvermənin yekun nəticələri noyabrın 4-dən gec olmayaraq elan ediləcək.













