Ukraynanın taleyi Ukraynanın iştirakı olmadan həll edilə bilməz - Zelenski

 09:12 02.11.2026     94

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin gələcəyinin onun iştirakı olmadan aparılan danışıqlarda müzakirə edilməsini mümkünsüz hesab edir.

Redaktor.az xəbər verir ki, Zelenski bu barədə “CNN Türk” telekanalına müsahibəsində danışıb.

O bildirib ki, Ukraynanın taleyi ilə bağlı ölkənin iştirakı olmadan qərar qəbul etmək ədalətsizdir və heç bir nəticə verməyəcək.

“Bu, mümkün deyil. Ukraynanın taleyini Ukraynasız həll edə bilməzsiniz. Bu, ədalətsiz olardı və heç nəyə gətirib çıxarmazdı. Ölkənin özünün iştirakı olmadan onun taleyi ilə bağlı danışıqlar aparmaq məntiqsizdir”, – deyə Zelenski vurğulayıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən