ABŞ-də hakimiyyəti ələ keçirmək cəhdlərinə imkan verməyəcəyəm - Tramp
ABŞ Prezidenti Donald Tramp ölkədə hakimiyyəti ələ keçirmək istəyən kommunistlərə və cihadçılara qarşı mübarizə apardığını bəyan edib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə Kanzas ştatında keçirilən mitinqdə çıxışı zamanı danışıb. Onun sözlərini “Sky News” telekanalı yayıb.
“Bunu bir sadə səbəbə görə edirəm: Amerikaya nifrət edən kommunistlərin və cihadçıların ABŞ-də hakimiyyəti ələ keçirməsinə mane olmaq üçün. Bu ağılsızlar ölkəmizi məhv etmək üçün əllərindən gələni edirlər. Onlara qalib gəlmək üçün bütün gücümlə mübarizə aparıram”, – deyə Tramp bildirib.
Mitinq iştirakçılarını səsverməyə çağıran ABŞ lideri seçicilərə bülletendə onun adının olduğunu düşünərək qərar verməyi tövsiyə edib. O, Kanzasda Senata namizədliyini irəli sürən pastor Adam Hamiltonun məğlub edilməsinin vacibliyini vurğulayıb və onu radikal solçu və ikiüzlü adlandırıb.
NURİYYƏ













