Jurnalist qətllərində cəzasızlıq 86 faizə çatıb - UNESCO-dan həyəcan SİQNALI

 13:24 02.11.2026     134

Dünya miqyasında jurnalistlərin qətlə yetirilməsinə görə cəzasızlıq səviyyəsi yenidən artaraq narahatedici həddə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə UNESCO-nun açıqladığı yeni hesabatda bildirilir.

Təşkilatın məlumatına görə, jurnalistlərə qarşı törədilən hər yeddi cinayətdən altısı (86%-i) hələ də açılmamış qalır və ya araşdırma mərhələsindədir. Cəzasızlıq səviyyəsi 2024-cü illə müqayisədə 1 faiz bəndi artaraq 2022-ci ildəki 86 faizlik göstəriciyə qayıdıb. Bununla belə, BMT bu rəqəmin 2012-ci ildə qeydə alınan 95 faizlik pik həddən aşağı olduğunu xatırladıb.

Hesabatda müsbət dinamika kimi qeyd olunur ki, hərbi əməliyyatların olmadığı ölkələrdə jurnalistlərin öldürülməsinə görə cəzasızlıq nisbəti 2012-ci ildəki 94 faizdən 2026-cı ildə 77 faizə enib.

UNESCO-nun hesabatında beynəlxalq media təşkilatlarının sarsıdıcı statistikası da yer alıb:

"Sərhədsiz Reportyorlar" (RSF): Həmin dövrdə jurnalistlərin ən azı 160 itkin düşmə hadisəsi qeydə alınıb ki, bunlardan 64-ü "məcburi itkin düşmə" kimi qiymətləndirilib. Ən azı 29 medianümayəndəsi girov götürülüb. Həmçinin 2024–2025-ci illərdə 938 jurnalist peşə fəaliyyətinə görə həbs olunub.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ): Dünyanın ən azı 49 ölkəsində ümumilikdə 466 jurnalistin həbs edildiyini qeydə alıb.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən