Si Cinpindən Fars körfəzi XƏBƏRDARLIĞI: "Böyük dövlətlərin rəqabət meydanına çevrilməməlidir"

 14:28 02.11.2026     68

Çin Prezidenti Si Cinpin Oman Sultanı Heytəm bin Tariq Əl Səid ilə görüşündə Fars körfəzi bölgəsində sülh və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Redaktor.az Asiya mediasına istinadən xəbər verir ki, Pekində tutulan təmaslar zamanı Çin lideri regionun qlobal güclərin toqquşma poliqonuna çevrilməməli olduğunu bəyan edib.

"Fars körfəzi böyük dövlətlərin rəqabəti və geosiyasi münaqişələr meydanına çevrilməməlidir. Bu bölgədə sülh və sabitlik bütün tərəflər tərəfindən qorunmalıdır", – deyə Si Cinpin bildirib. O əlavə edib ki, Pekin Yaxın Şərqdə təhlükəsizliyin bərqərar olması naminə ərəb ölkələri ilə əməkdaşlığı və koordinasiyanı gücləndirməyə hazırdır.

Çin dövlət başçısı regional sülhün birgə səylər tələb etdiyini və Pekinin münaqişələrin sona çatması üçün fəal diplomatik addımlar atdığını diqqətə çatdırıb.

Qeyd edək ki, Oman rəsmi Maskat olaraq ABŞ və İran arasında gərginliyin azaldılması və tərəflər arasında vasitəçilik təmaslarının həyata keçirilməsində əsas oyunçulardan biri kimi çıxış edir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən