Belçikanın Baş naziri istefasını Krala təqdim ETDİ
Belçikanın Baş naziri Bart De Vever istefasını Krala təqdim edib.
Redaktor.az xəbər verr ki, bu barədə VRT məlumat yayıb.
Buna hökumət daxilində büdcə ilə bağlı ixtilafların həll edilə bilməməsi səbəb olub.
Ölkənin dövlət borcunun Ümumi Daxili Məhsulundan (ÜMD) 110%-dən çox olduğu (735 milyard avro) bildirilir. Avropa İttifaqı qanunlarına görə isə, üzv dövlətlər üçün ümumi dövlət borcunun yuxarı həddi ümumi daxili məhsulun (ÜDM) 60%-i olaraq müəyyən edilib.
Hökumət 10 milyard avro qənaət etmək niyyətindədir və buna nail olmağın yolları barədə koalisiya üzvləri arasında anlaşılmazlıqlar mövcuddur.













