"Qərbin müstəmləkə gücləri öz-özünə dağılır" - Şoyqu

 18:19 02.11.2026     73

Rusiyanın Qərb ölkələrini dağıtmaq niyyəti yoxdur - müstəmləkə gücləri öz-özünə dağılır.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

"Bizim heç bir ölkəni dağıtmaq niyyətimiz yoxdur, onların bir çoxu, müstəmləkə gücləri, öz-özünə dağılır. Çünki onların kölə etdiyi və müstəmləkə olanların getdikcə daha çoxu oyanır, ayağa qalxır və özünüdərk və öz müqəddəratını təyin etmək hisslərini bərpa edir", - deyə Şoyqu vurğulayıb.

Şoyqu dost olmayan qüvvələrin Rusiya Federasiyasının çökdürmək cəhdlərinin dayanmayacağını söyləyib. O, Polşada və Baltikyanı ölkələrdə vəzifəsi ölkəni daxildən məhv etmək olan mütəxəssislərin hazırlanmasını misal gətirib.

Vumart və Güvən reklamı Vumart Güvən