Tbilisidə güclü yanğın - VİDEO
Tbilisinin mərkəzində güclü yanğın baş verib.
Redaktor.az Gürcüstan mətbuatına istindən xəbər verir ki, yanğın "Stansiya Meydanı" yaxınlığındakı piyada körpüsündə başlayıb.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində işlər davam etdirilir, alovun yayılma təhlükəsi aradan qaldırılıb.
Hadisə zamanı xəsarət alanların olub-olmaması barədə hələ məlumat yoxdur.













