Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - VİDEO

 23:03 02.11.2026     135

Avstraliyanın Karrata şəhərindəki hava limanında “Qantas” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin mühərriki havaya qalxma zamanı alışıb.

Redaktor.az xəbər verir ki, bu haqda “PerthNow” portalı məlumat yayıb.

Hadisə Pert şəhərinə uçmağa hazırlaşan təyyarədə baş verib.

Sərnişinlər “Airbus A320-232” tipli təyyarənin qanadının altından alov çıxdığını lentə alıblar.

Yanğın səbəbindən pilotlar havaya qalxma prosesini dayandırmaq və təyyarəni terminala qaytarmaq məcburiyyətində qalıb.

İlkin məlumatlara görə, yanğına mühərrikdəki nasazlıq səbəb olub.

“Qantas”ın nümayəndəsi bütün sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsiz şəkildə təyyarədən endiyini təsdiqləyib. 

 

Vumart və Güvən reklamı Vumart Güvən