Merts Almaniyadakı gənclərin etirazları ilə bağlı açıqlama VERDİ

 23:14 02.11.2026     134

Almaniya kansleri Fridrix Merts ölkədə gənclərin keçirdiyi etiraz aksiyalarının əksəriyyətinin dinc xarakter daşıdığını bildirərək, vəziyyəti olduğundan daha ağır göstərməməyə çağırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (XDİ) partiyasının rəhbərliyinə müraciətində danışıb. Bu barədə “Bild” nəşri məlumat yayıb.

“Gənclərin əksəriyyəti dinc nümayişlər keçirib. Buna görə də vəziyyəti olduğundan daha ağır göstərməməliyik. Lakin hava qaraldıqdan sonra asayişi pozan şəxslər ortaya çıxıb. Polis çox yaxşı reaksiya verib və buna görə əməkdaşlara xüsusi təşəkkürümü bildirirəm”, – Merts deyib.

Siyasətçi vurğulayıb ki, polis iğtişaşların təşkilatçılarına qarşı heç bir güzəştə getməyəcək.

“Hüquq pozucuları qanunun bütün sərtliyini hiss edəcəklər”, – kansler əlavə edib.

Xatırladaq ki, Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev daha əvvəl Almaniyada baş verən iğtişaşları “Mertsin xaosu” adlandırıb. O, bunu kanslerin səhvlərini etiraf etmək və düzəltmək istəməməsi ilə əlaqələndirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən