"Zelenski Trampı qəzəbləndirmiş ola bilər"

 23:37 02.11.2026     107

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin ona qarşı sərt açıqlamalarına görə qəzəblənmiş ola bilər.

Redaktor.az xəbər verir ki, bu barədə Trampa yaxınlığı ilə tanınan fəal və bloqer Lora Lumer “RBK-Ukrayna”ya müsahibəsində bildirib.

Lumerin sözlərinə görə, Zelenski Trampa hücum etmək əvəzinə, cavablarında daha təmkinli davrana bilərdi. O qeyd edib ki, Tramp ona və fikirlərinə qarşı hücumları qəbul etmir.

“Zelenski Ukraynanı satmaqda Trampı açıq şəkildə ittiham etdikdə və ABŞ prezidentini yenidən tənqid etdiyi media turuna çıxdıqda, çox güman ki, onu qəzəbləndirib”, – deyə Lumer vurğulayıb.

O, həmçinin Trampın Ukrayna ilə bağlı danışıqlarda irəliləyişin olmamasından açıq şəkildə məyus olduğunu bildirib.

Qeyd edək ki, oktyabrda Zelenski Rusiya ilə dizel yanacağı sövdələşməsinə görə özünü Tramp tərəfindən xəyanətə uğramış hiss etdiyini açıqlayıb.

Həmin ay Ağ Ev rəhbəri Ukraynaya yeni liderin lazım olduğunu vurğulayıb. Bundan əlavə, Tramp Zelenski və komandasını Ukraynanı məhv etməkdə, eləcə də Rusiya ilə münaqişəni başa çatdırmaq istəməməkdə ittiham edib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən