ABŞ İranın Qeşm adasındakı raket qurğusunu MƏHV ETDİ

 08:54 03.11.2026     124

Fars körfəzində ABŞ və İran qüvvələri arasında hərbi qarşıdurma kəskinləşib. ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı özünümüdafiə tədbirləri çərçivəsində İranın strategik önəmə malik Qeşm adasında yerləşən yer-hava tipli raket buraxılış qurğusunu hava zərbəsi ilə sıradan çıxarıb.

Redaktor.az "Axios", "Reuters" və "Associated Press" agentliklərinə istinadən xəbər verir ki, bu addım İran Silahlı Qüvvələrinin regionda yerləşən ABŞ hərbi kontingentinə qarşı raket sistemlərindən istifadə etməsinə cavab olaraq atılıb.

Öz növbəsində İranın rəsmi İRNA agentliyi gecə saatlarında Qeşm adasında ard-arda ən azı 5 güclü partlayış səsinin eşidildiyini təsdiqləyib. Sakinlər zərbələr zamanı adanın səmasında iki döyüş təyyarəsinin manevr etdiyini bildiriblər.

Eyni zamanda, İranın "Fars" agentliyi Hörmüzqan əyalətinin Bəndər-Ləngə şəhəri istiqamətində dəniz tərəfdən də şiddətli partlayışların qeydə alındığı barədə məlumat yayıb. Hadisənin baş verdiyi Hörmüz boğazı zonasında təhlükəsizlik tədbirləri kəskin gücləndirilib.  

 

Vumart və Güvən reklamı Vumart Güvən