Londondan Varşavaya uçan təyyarədə bomba olması barədə xəbər yayıldı

 14:12 03.11.2026     67

Londondan Polşaya uçan sərnişin təyyarəsi təcili eniş etməyə məcbur olub.

Redaktor.az xəbər verir ki, Polşa Hava Yollarına məxsus və göyərtəsində 181 nəfər olan təyyarənin enməsi planlaşdırılan hava limanı əvvəlcə Varşava Şopin Hava Limanı olub.

Lakin, göyərtədə bomba olması ilə bağlı məlumat alındıqdan sonra uçuşun istiqaməti Varşava Modlin Hava Limanına dəyişdirilib.

Təyyarə eniş edib və təhlükəsizlik mütəxəssisləri hazırda təyyarədə yoxlama aparır.

Sözügedən hava limanı növbəti xəbərdarlığa qədər fəaliyyətini dayandırıb.

Vumart və Güvən reklamı Vumart Güvən