Lavrov ABŞ-nin İrana nüvə zərbəsi endirməsi ehtimalını DƏYƏRLƏNDİRDİ

 15:04 03.11.2026     60

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-nin İrana nüvə zərbəsi endirməyə hazırlaşması ilə bağlı iddiaların real əsasının olmadığını bildirib.

Redaktor.az xəbər verir ki, Lavrov bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun sözlərini “İnterfaks” yayıb.

Nazir qeyd edib ki, ABŞ-nin belə bir addım atmağa hazırlaşdığı qənaətinə gəlmək üçün heç bir əsas görmür.

Lavrov bildirib ki, Moskva jurnalist Taker Karlsonun bu barədə açıqlamasının ABŞ-də keçiriləcək aralıq seçkilər ərəfəsində seçicilərdə müəyyən əhval-ruhiyyə yaratmaq məqsədi daşıdığına ümid edir. Onun sözlərinə görə, yayılan məlumatlar digər mənbələr tərəfindən də təsdiqlənmir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən