Lukaşenko NATO-nu hücum potensialına malik aqressiv hərbi blok ADLANDIRDI

 15:18 03.11.2026     66

Belarus Prezidenti Aleksandr Lukaşenko NATO-nun hücum xarakterli hərbi potensiala malik aqressiv blok olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, dövlət başçısının bu barədə açıqlamasını “BelTA” yayıb.

Lukaşenko qeyd edib ki, Qərb ölkələri xüsusilə hazırda öz əhalisini şərqdən gələn uydurma təhlükə ilə qorxutmaqdan yorulmurlar. Onun sözlərinə görə, Qərb 2030-cu ildə Rusiya ilə müharibəyə hazırlaşarkən belə bir qarşıdurmanın hansı nəticələrə gətirib çıxaracağını dərk etmir.

“Bir daha vurğulayıram: biz, ruslar və belaruslar heç kimə hücum etmək, yaxud kiminləsə müharibə aparmaq niyyətində deyilik. Bizim prinsipial mövqeyimiz dialoq və əməkdaşlıqdır”, – deyə Lukaşenko bildirib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən