Ukrayna Rusiyanın reaktiv dronlarına qarşı yeni ələkeçirici istehsalına BAŞLAYIR

 16:27 03.11.2026     64

Ukrayna Rusiyanın reaktiv mühərrikli pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün nəzərdə tutulan ələkeçirici dronların seriyalı istehsalına hazırlaşır.

Redaktor.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun müşaviri olmuş Sergey Sternenko “Ukrainskaya pravda”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2026-cı ilin sonuna doğru ölkə reaktiv “Şahid” dronlarına qarşı ələkeçirici vasitələrin təxminən seriyalı istehsalı mərhələsinə çatır.

Sternenko qeyd edib ki, hazırda Ukraynada hazırlıq səviyyəsi fərqli olan, elektrik və kiçik reaktiv mühərriklərlə işləyən bir neçə növ ələkeçirici mövcuddur. Onun fikrincə, elektrik mühərrikli modellər üzrə daha böyük irəliləyiş əldə edilib, lakin bu vasitələrin sürət imkanları məhduddur.

Keçmiş müşavir reaktiv mühərrikli ələkeçiricilərin daha perspektivli olduğunu vurğulayıb. Bununla belə, Ukraynada turbojet mühərriklərinin istehsalı ilə bağlı çətinliklər yaşandığını bildirib.

O əlavə edib ki, ölkədə elektrik mühərrikli ələkeçiricilərin seriyalı, reaktiv mühərrikli modellərin isə kiçik seriyalı istehsalına başlanılır. Bu vasitələr arasında reaktiv dartı qüvvəsi ilə hərəkət edən və ələkeçirici kimi istifadə olunmaq üçün uyğunlaşdırılan “Bars” raket-dronu da var.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən