Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə toplayır - Melaniya Trampdan TARİXİ ADDIM
ABŞ-nin birinci xanımı Melaniya Tramp noyabrın 5-də Ağ Evdə Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə sülh təşəbbüslərinə həsr olunmuş tədbirə ev sahibliyi edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının rəsmi saytında dərc olunmuş bəyanatda bildirilib.
Açıqlamada birinci xanımın diplomatik cəhətdən fəal rolu vurğulanıb: "Birinci xanım Melaniya Tramp Ağ Evdə müharibə aparan iki ölkə olan Rusiya və Ukraynanın nümayəndələrini şəxsən toplayacaq. Bu hadisə Amerika tarixində əlamətdar bir andır".
Ağ Evin məlumatında diqqətçəkən məqamlardan biri də Melaniya Trampın müstəqil şəkildə Rusiya və Ukrayna arasında dialoq kanalı açması olub. Bildirilir ki, onun vasitəçilik səyləri nəticəsində Oleşki ərazisində atəşkəsin əldə olunması uğurla təmin edilib.
Noyabrın 5-də Ağ Evdə keçiriləcək görüş çərçivəsində Melaniya Trampın Oleşkidəki atəşkəs rejiminin detalları və növbəti diplomatik addımlarla bağlı xüsusi çıxışı gözlənilir.
Aminə ŞAHSUVARQIZI













